Elman Rüstəmovdan istefa AÇIQLAMASI  (YENİLƏNİB)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyərinin sədri Elman Rüstəmov onun tutduğu vəzifəni tərk etməsi ilə bağlı bəzi KİV-lərdə dər olunmuş xəbərlərə münasibət bildirib.

"APA -Economics”in məlumatına görə, E. Rüstəmov yazılanları təkzib edib:

“Mən bu gün qarşınızda Mərkəzi Bankın sədri kimi çıxış edirəm. Bu postdayam, öz fəaliyyətimi davam etdirirəm. Media nümayəndələrinə məsləhətim odur ki, belə xarakterli informasiyaları həmişə rəsmi mənbələrdən götürsünlər”.

23:45

Ölkədə başlayan böyük islahatlar çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da istefaya getdiyi iddiası yayılıb.

Bakıpost.az öz mənbələrinə istinadla artıq E.Rüstəmovun kollektivlə vidalaşdığını da bildirib. Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat üçün Milli Məcilisin toplanacağı qeyd edilib.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib:

“Bizdə Elman Rüstəmovun istefa verməsi ilə bağlı hər hansı məlumat yoxdur”.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da bildirib ki, Məclisin növbəti iclasının tarixi hələlik təyin edilməyib:

“Milli Məclisin növbəti iclasına Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun istefası məsələsinin salınıb-salınmadığı haqda bizdə məlumat yoxdur”.

Qeyd edək ki, yayılan məlumatda E.Rüstəmovun başqa vəzifəyə təyin ediləcəyinin ehtimal olunduğu da bildirilib.