Qiymətlərin illik səviyyəsinin artım tempində əhəmiyyətli dəyişikliklər müşahidə edilməyib. Sentyabrda illik inflyasiya 2,5 faiz olub. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istehlakın güclənməsi şəraitində illik 5,1 faiz səviyyəsində ərzaq qiymətləri illik inflyasiyaya əhəmiyyətli təsir payını qoruyur:
“Ərzaq qiymətləri son bir il ərzində 3,3 faiz, ət məhsulları üzrə 10,8 faiz, şəkər üzrə 4,1 faiz yüksəlib. Xidmətlər üzrə bahalaşma templəri isə müvafiq olaraq 1,2 faiz və 0,4 faiz təşkil edib ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır”.
Sədr qeyd edib ki, cari ilin doqquz ayında manatın qeyri-neft sektoru üzrə effektiv məzənnəsi 1,4 faiz möhkəmlənib, real effektiv məzənnə 1 3 faiz azalıb:
“Azərbaycanda inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərir. 2020-ci ildə inflyasiyada əhəmiyyətli dəyişiklər olmayacaq, yəni cari il səviyyəsində gözlənilir”.
Kənan