Azərbaycanda manatın “tam üzən məzənnə” rejiminə keçməsi üçü dövlət qiymətli kağızlar bazarı genişlənməlidir.
Oxu.Az-ın bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, bankların portfelində belə kağızların yaranması bütövlükdə banklararası pul bazarının aktivləşməsinə və genişlənməsinə gətirib çıxaracaq:
“Bu gün bir çox banklarda əhəmiyyəti likvidlik var, bəzilərində yoxdur. Bu gün aktiv banklararası bazar görmürük, çünki onun girov bazası zəifdir. Donor banklardan pul vəsaitinin axını görmürük”.
Sədr qeyd edib ki, bank sektorunda həssaslıq aradan qaldırılmalıdır: “Bu istiqamətdə gördüyümüz tədbirlər proqramı genişdir.Biz bunun reallaşmasına qısa müddətdə başlayacağıq”.