İslahatlarda əsas məqsəd iqtisadi inkişafı təmin etməkdir

“Dövlət başçısı iqtisadi və sosial sahələrdə fundamnetal islahatların davam edəcəyini bəyan edib. Bütün sahələr- sosial, elm-təhsil, mədəniyyət və s. yalnız iqtisadiyyatın üzərində dayanır”.

Bu fikirləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.

İqtisadçı qeyd edib ki, ölkəmizdə iqtisadiyyat prioritetdir və islahatların əsas yükü iqtisadi inkişafı təmin etməyə yönəlib:

“İqtisadi inkişaf da birtərəfli getməməlidir. Yəni energetika sektorunun üzərində dayanmalı deyil,daha çox qeyri-neft sektorunun hesabına böyüməlidir. Cənab Prezident bəyan etdi ki, biz post-neft dövründəymişik kimi davranmalıyıq. Bu açıq şəkildə o deməkdir ki, qeyri-neft sektorunun daha sürətli inkişafı üçün mümkün olan hər şey ediləcək. Məhz bu səbəbdən dövlət başçısı sahibkara manelərə yaradan məmurlara sərt xəbərdarlıq etdi, hüquq-muhafizə orqanlarına bu məsələ ilə bağlı qəti göstərişlər verdi. Onların hüquqlarının dövlət tərəfindən qorunacağını və məsələni şəxsən nəzarətində saxlayacağını dedi. Son bir ildə aparılan islahatlar artıq ciddi nəticələr verir. Son kadr və struktur islahatlarından sonra isə müsbət nəticələr özünü çox tezliklə göstərəcək.



Elçin Bayramlı: "Qeyri-neft sektorunun daha sürətli inkişafı üçün mümkün olan hər şey ediləcək"


Xüsusilə, aqrar sektora diqqət artırlmalıdır. Bura həm kənd təsərrüfatı, həm də sənaye (yüngün və yeyinti) daxildir. Bu sektorda çox böyük potensialımız var və buradaki inkişaf həm məşğullu problemini həll etməyə qadirdir, həm də ölkənin tarazlı və davamlı inkişafını təmin etməklə paytaxtın yüklənməsini azaltmağa. Klaster yanaşma ilə iqtisadi reformalar aparılmalıdır. Bir neçə yüksək potensiallı əsas sahə seçilməli və o sahəhərə çox güclü dövlət dəstəyi verilməlidir, ciddi güzəştlər tətbiq olunmalıdır. Gömrük rüsumları aşağı salınmalıdır. Ölkəyə istehsal avadanlıqlarının gətirilməsi üçün maksimum güzəştlər tətbiq olunmalıdır. Paytaxtla regionlarda sadələşmiş vergi öhdəliyi eynidir- 2 faiz. Bu ədalətli deyil, regionlarda 1 faizə endirilməlidir. Həm sadələşdirilmiş həm də gəlir vergisinin güzəşt tətbiq olunan hissəsi üzrə 200 minlik limit 2 dəfə artırılmalıdır. Biz xammal yox hazır məhsul ixrac etməliiyik, idxaldan da asılılıq azalmalıdır. Əminəm ki yaxın vaxtda bunlar reallaşacaq və islahatlar öz nəticəsini verəcək. Dolayısı ilə, böyük iqtisadi artım sosial rifahı yüksəldəcək. Ən əsası bunun üçün güclü siyasi iradə ortaya qoyulub”.

Qeyd edək ki, Prezident  İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə-İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib. Ölkə başçısı görüş zamanı bir sıra mühüm iqtisadi məsələlərətoxunub. Ölkə başçısı bildirib ki, Azərbaycanda iqtisadi inkişafın dayanıqlı olması üçün mühüm tədbirlər görməliyik.