Neftimiz yenə bahalaşdı

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,23 dollar geriləyərək 61,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar ucuzlaşaraq 55,98 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light”in bir barelinin qiyməti 1,31 dollar artaraq 65,66 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.