ABŞ dünyanın neft ehtiyatlarının üçdə birinə sanksiya qoyub.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı iqtisadçı Olqa Lebedinski deyib.
“Dünyanın neft ehtiyatları 1,66 trilyon barreldir. Bunun 298,4 milyardı Venesuelanın, 157,8 milyardı İranın, 80 milyardı Rusiyanın payına düşür. Əgər bunları toplasaq, o zaman onların payı neft ehtiyatlarına görə liderlik edən 30 ölkənin 51%-ni, ümumdünya ehtiyatlarının isə 33%-ni təşkil edir”, – deyə o bildirib.