Milli Məclis bu gün – 13-də də 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəsinə davam edəcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş).
2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanunun layihəsi barədə (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanunun layihəsi barədə (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə (birinci oxunuş).
5. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə (birinci oxunuş).
6. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).
7. “Məşğulluq haqqında” qanunuda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).
8. “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).
9. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş).
10. Milli Məclisin 2020-ci il üçün xərclər smetası haqqında.
11. Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında.