“Şimal axını – 2”nin fəaliyyətinin dayandırıldığı təsdiqlənib.
TASS-ın xəbərinə görə, qaz kəmərinin inşası üzrə podratçı şirkət “Allseas” ABŞ-ın sanksiyaları ilə əlaqədar hüquqi, texniki və ekoloji razılaşmalara qədər boru kəmərinin çəkilməsini dayandırıb.
Şirkətdən bildirilib ki, layihənin başa çatması Avropaya enerji tədarükünün təhlükəsizliyi üçün vacibdir:
“Biz, layihədə iştirak edən şirkətlərlə birlikdə, mümkün qədər tez başa çatdırmaq üçün çalışacağıq”.