Azərbaycanın əksər rayonunda -Gədəbəy, Şəmkir, Bərdə, Gəncə, Tovuz, Ağstafa, Qazax və başqa -mal və heyvan əti ucuzlaşıb.
"Sherg.az"ın bölgələrdə apardığı sorğulara görə, dana əti 11 manatdan 10 və 9,50 manata, quzu əti isə 13 manatdan 11 manata enib. Fermerlər bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İllə bağlı bazara çıxarılan mal və heyvanın çoxluğu ilə izah edirlər. Bundan başqa, bildirilir ki, bayramöncəsi ətin ucuzlaşması həm də fermerlərin əhaliyə bir ərmağanıdı.
Qeyd edək ki, paytaxt Bakıda bayram öncəsi təşkil olunan yarmarkalarda da ətin qiyməti əvvəlkindən ucuz-dana 9,10, quzu isə 11manat- bazarlanıb.