SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi və bununla bağlı baş verənlər dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub.
Bu gün dünya birjalarında “Brent” markalı xam neft 2,4% bahalaşaraq, 70,24 dollara, yüngül neft isə 2,1% yüksələrək, 64,36 dollara çatıb.