“Davos İqtisadi Forumu ən nüfuzlu təşkilatlarından, mühüm platformalarından biridir”.
Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib.
Analitik bildirib ki, Forum çərçivəsində dünya liderlərinin, eyni zamanda şirkət rəhbərlərinin bir-biri ilə vacib görüşləri baş tutur:
“Budəfəki Forum çərçivəsində də olduqca aktual məsələlər müzakirə olunacaq. Onlardan biri dünyanın ekoloji problemləri, dördüncü sənaye inqilabı ilə bağlı müzakirələrdir. Şübhəsiz ki, belə təmaslarda geosiyasi məsələlər ətrafında da fikir mübadiləsi aparılır. Prezident İlham Əliyev neçə gündür Davosdadır və artıq dünyanın bir neçə tanınmış şirkət rəhbərləri ilə mühüm görüşlər keçirir.
Politoloq: “Azərbaycanın enerji və nəqliyyat layihələrini reallaşdırması da ölkəmizi beynəlxalq proseslərdə əsas subyektə çevirib”
Bəllidir ki, Azərbaycan regionun əsas söz sahibi kimi bir çox Avropa dövlətinin maraq obyektinə çevrilib. Bakı bir çox beynəlxalq, qlobal, geosiyasi və sostrateji layihələrə ev sahibliyi etmiş bir məkan kimi tanınır. Son illər Azərbaycanın enerji və nəqliyyat layihələrini reallaşdırması da ölkəmizi beynəlxalq proseslərdə əsas subyektə çevirib. Dövlət başçısının növbəti dəfə Davos Forumuna dəvət olunması və orada iştirakı da bununla bağlıdır”.