Bu ilin yanvar ayında Azərbaycanda 6 520,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.
Aylıq ÜDM-in 3 906,5 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu, illik müqayisədə 4,9% çoxdur.
Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 1,5% artaraq 655,3 manata çatıb.