“Azərbaycan dünyanın enerji mərkəzinə çevrilib”-Politoloq

“Bu gün Azərbaycan dünyanın ernerji siyasətində önəmli söz sahibidir. Azərbaycanın enerji siyasəti gücü indi təkcə regionla əhatələnmir”.
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclasını şərh edərkən deyib.

“Ölkəmizin dünya üçün bu qədər əhəmiyyətli enerji ölkəsi olmağı dövlətimizin də beynəlxalq siyasi arenada mövqelərini gücləndirir. Ölkəmiz uğulu enerji siyasət sayəsində bu gün geopolitik güc, strateji qala və önəmli siyasi məkandır. Həmçinin, bu tip beynəlxalq tədbirlər ölkənin nüfuzunu gücləndirir.



Təsəvvür edin ki, dünya enerji siyasətinin ən mühüm simaları paytaxtımıza toplaşırlar. Onların arasında ABŞ-ı Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, Böyük Britaniyanı Baş Nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Serbiyanı Mədən və Energetika naziri Aleksandar Antiç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və İqlim Diplomatiyası Departamentinin direktor müavini Felix Moldovan, Türkiyə, Gürcüstan, Yunanıstanən enerji məsələləri nazirləri paytaxtımızda keçirilən iclasa qatılacaqlar. Həmin ölkələrin media nümayəndələri də Bakıdakı iclası bütün dünyaya yayacaqlar.

BP, SGC, BOTAŞ, TPAO, TANAP, TAPvə digər önəmli enerji şirkətləri rəhbərləri qismində iclasa qatılır. İclasın iki sessiyalı olması da önəmlidir. Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar geniş auditoriyaya çatdırılacaq. Artıq sayca altıncı olan bu iclas ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini möhkəmləndirir”.

T.İsmayılov qeyd edib ki, Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələri dünyanın maraq dairəsindədir:

“Neftdən gələn gəlirlər iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəldilir. Sosial islahatların maliyyə bazasını formalaşdırır. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Layihə nəqliyyat marşrutlarını da şaxələndirir. Azərbaycanın xarici ölkələrdən heç bir enerji asıllığı mövcud deyil.

Həm də nəzərə almaq lazımdır ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindəndir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlərlə ərsəyə gətirilib. Bu gün TANAP, TAP kimi layhələr dünyaya önəmli töhfələr verir”.

Politoloq Azərbaycanın Avropa İttifaqına Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açdığını da vurğulayıb.