Azərbaycan neftinin qiyməti ucuzlaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,69 dollar ucuzlaşaraq 51,98 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.