Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirus bir çox sahələrə, o cümlədən turizmə də təsir göstərib. Aviareyslərin azalması da dediyimiz faktı təsdiq edir. Bəs, görəsən, bu məqam turizm inkişafına təsir edəcəkmi?
Məsələ ilə “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri namizədi Əli Məsimli düşünür ki, turizmin inkişafının ziyan görməsi təbii haldır.
“Əlbəttə, turizmə maraq azalıb. Yüzlərlə səfər ləğv olunub, beynəlxalq əhəmiyyətli tədbirlər təxirə salınıb. Bu, normaldır. Çünki insanların sağlamlığı hər şeydən vacibdir. Qalan bütün amillər insan faktorundan sonra gəlir”.