Dünya bazarlarında qızılın qiyməti kəskin ucuzlaşıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həftəyə 1700 dollarla başlayaraq, son 7 ilin rekordunu qıran qızılın unsiyasının qiyməti yenidən ucuzlaşaraq 1600 dollardan da aşağı düşüb.
Ucuzlaşmanın səbəbi isə digər valyutalar qarşısında dolların indeksinin yüksəlməsi ilə əlaqələndirilir.