Səudiyyə Ərəbistanının Avropaya da ucuz neft satdığı bildirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, krallıq əvvəlkindən fərqli olaraq Avropadakı neft emalı zavodlarına 3 dəfə çox neft göndərəcək.
Rəsmi Ər-Riyad və Moskva arasında qiymət müharibəsinin güclənməsi fonunda səudiyyəlilər daha əvvəl misli görünməmiş endirimlə Avropa neft bazarını bu müharibənin bir hissəsinə çevirəcək.
Səudiyyə Ərəbistanı ərəb xam neftinin bir barrelini 25 dollar olmaqla Rusiyanın “Ural” neftindən ucuz təklif edir.
Mənbələrə görə, “Royal Dutch Shell”, BP, “Total”, “Repsol”, “Cepsa” da daxil olmaqla Avropanın böyük neftayırma zavodları Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco”dan əvvəlkindən daha çox neft alır.
Qeyd edək ki, “Saudi Aramco” öz neftini Asiya bazarına da endirimli qiymətə satır.