“İstehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskaların təchizatında heç bir çətinlik yoxdur”.
"Sherg.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara təlabatın artmasına münasibət bildirərkən deyib.
Nazir yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib.