Qadir İbrahimli: “Əmanətlərini sığortalatmaqda insanlar haqqlıdırlar. Banklar gəlirlərinin az bir qismindən imtina etsə, heç nə olmaz”
Dünya bazarında neftin kəskin şəkildə ucuzlaşması manatın növbəti devalavasiyasını gündəmə gətirdi. Bununla bağlı insanlar təşviş içindədirlər. Onlar banklardakı əmanətlərinin batmasından narahatdırlar. Bu səbəbdən də əksəriyyət banklardakı əmanətlərini siğortalatmaq istəyir.
Vəziyyəti “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Qadir İbrahimli bunun təbii tendensiya olduğunu bildirib:
“Əlbəttə, neftin ucuzlaşması hər kəsi narahat edir. Bu, iqtisadiyyatımız üçün böyük zərbə ola bilər. Ona görə də insanlar əmanətlərini siğortalatmağa tələsirlər”.
Ekspertin sözlərinə görə, qanunda müəyyən korrektələrin edilməsi məqsədəuyğundur:
“Düşünürəm ki, əmanətlərə az təminat verilməlidir. Bu, əsas məsələlərdən biridir. Sözügedən proses banklara da sərf edir. Çünki banklar özü də siğortalanır. Əhali əmanətini siğortalatmasa, banklar sonra pis vəziyyətdə qala bilərlər. Bəlkə də, banklar üçün müəyyən çətinliklər yarana bilər, amma insanlar haqqlıdırlar. İnsanların əmanətlərinin siğortalanması bankların borcudur. Banklar gəlirlərinin az bir qismindən imtina etsə, heç nə olmaz”.