“Azərbaycanda Büdcə Məcəlləsi qəbul olunmalıdır”.
Oxu.Az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli belə təkliflə çıxış edib.
O bildirib ki, büdcə xərclərinin səmərəli istifadəsi vacibdir.
“Buna görə də Büdcə Məcəlləsinin qəbulu zəruridir”, - deyə Əli Məsimli əlavə edib.