“Brent” markalı neftin qiyməti yüksəlir.
TASS agentliyi xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçersləri əvvəlki qiymətlə müqayisədə 3 %-dən çox artıb.
Bu günə olan məlumata görə, “Brent” markalı neftin qiyməti bir barel üçün 29,3 dollara bərabər olub.
WTI markalı neftin qiyməti isə 5,13 % artaraq bir barel üçün 27,24 dollar təşkil edir.