“Dünya neft bazarında yaranmış vəziyyət ABŞ-ın şist neft istehsalçılarını tədricən müflis edəcək. Bunun nəticəsində bazarda yenidən tarazlıq yarana və neftin 1 barelinin qiyməti bu ilin sonuna qədər 60 ABŞ dollarına çata bilər”.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın dövlət neft şirkəti - “Rosneft”in rəhbəri İqor Seçin bildirib.
O, “qara qızıl”ın hazırki qiymətlərini “dramatik” adlandırıb və deyib: “Bu vəziyyətdə investorlar şist neft istehsalına maraq göstərərmi? Mən buna inanmıram”.