Benzinin qiyməti ucuzlaşacaq? - AÇIQLANDI

Gürcüstanda yanacağın qiyməti 0,35 lari (20 qəpik) ucuzlaşıb. Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin sədri Vano Mtvralaşvili məlumat yayıb. Bildirib ki, ucuzlaşmanın yaxın günlərdə də davam edəcəyi proqnozlaşdırılır.
"Bu, beynəlxalq bazardakı qiymətlər və son vaxtlar larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqədardır. Onu da qeyd edim ki, Covid 19-a görə ölkədə yanacaq istehlakı və satış orta hesabla 40% azalıb",-deyə Vano Mtvralaşvili bildirib. 

“Sherg.az” saytı olarq qonşu ölkədəki ucuzlaşmanın Azərbaycana təsiri ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərovun fikirlərini öyrəndik. O, bu tendensiyanın bizdə gözlənilmədiyini dedi: “Azərbaycanda yalnız Aİ-95 və Aİ-98 markalı yanacaqlardan başqa, digər yanacaq markalarının qiymətini dövlət tənzimləyir. Bu yanacaqların qiyməti bir müddət əvvəl ucuzlaşdı. Amma qiymətin aşağı düşməsini digər marka benzinlərə şamil etmək olmaz. Tələb və təklif arasındakı asılılığı nəzərə alsaq, indiki halda bu, hökumətə sərf etmir”.