Bu ilin I rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 4,1 milyard kubmetr təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.
Bildirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur: “Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub"