“Ölkəmiz istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir”
“Post-pandemiya mərəhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar da indidən qəbul edilir”
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Dövlət başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Hikmət Babaoğlunun fikrincə,Azərbaycanda həyata keçirilən sosial siyasət paketi sosial dövlət davranışından daha çox Azərbaycan Prezidentinin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilir. Dünyada heç bir sosial dövlətin bənzər davranışına rast gəlinmədiyini vurğulayan deputat hesab edir ki, görülən tədbirlər də dövlətin sosial öhdəçiliyi çərçivəsini çoxdan aşıb:
“Bu, yalnız Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşının yanında olma iradəsinin nəticəsi kimi izah edilə bilər . Sosial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı, regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərinin minimum həddə endiyi, əmək qüvvələrinin istehsal münasibətlərinə cəlbetmənin mümkün olmadığı bir vaxtda hər bir vətəndaşın problemini həll etmək əzmi sadəcə olaraq fədəkarlıq və hər bir vətəndaşın Prezidenti olmaq siyasətinin nəticəsidir. Ancaq bu məsələnin yalnız bir tərəfidir. Əgər dövlətin iqtisadi- maliyyə imkanları arzu edilən sosial siyasəti icra etməyə qadir deyilsə, o zaman yenə effektiv sosial siyasət həyata keçirmək mümkün olmaz”.
H. Babaoğlunun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli məqsədyönlü siyasət bu gün dövlətimizi iqtisadi- siyasi baxımdan elə güclü edib ki , istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir. Bunula yanaşı, post-pandemiya mərəhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar da indidən qəbul edilir:
“Paralel olaraq koronovirus təhdidini minimum endirmək üçün sırf tibbi müstəvidə bütün zəruri addımlar atılır, səhiyyə xidmətləri təmin edilir, bu sahədə çalışan vətəndaşlarımızın əmək haqları 3-5 dəfə artırılır . Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb .Bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir. Əlavə olaraq Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək eyni zamanda də növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Alınan tədbirlərlə yanaşı qərarların icra olunması müxanizmi də oladuqca vacibdir ki, hazırda müvafiq icra orqanı tərəfindən bu proses ulduqca uğurla həyata keçirilir . Ona görə də əminliklə deyə bilərik ki, hazırki tarixi mərhələdə dövlət himayəsi sosial həmrəyliyi və xalq- iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır”.