“Dövlət vaxtında çətinlikəri aradan qaldırdı”

“İşsizlərə müavinətlərin verilməsi, sahibkarlara dəstəyin göstərilməsini buna misal olaraq deyə bilərik”




Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və müvəqqəti olaraq işini itirən şəxslərə, tənha yaşlılara, yardıma ehtiyacı olan vətəndaşların sosial rifahına dəstək məqsədilə həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Konstitutsiya Araşdırmalar  Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az”a deyib ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə həyata keçirilən izolyasiya tədbirləri və məhdudiyyətlərin  bəzi kateqoriyadan olan ailələrin sosial durumunda çətinliklər yaradıb:



“Ancaq Azərbaycan dövləti vaxtında bu çətinlikərin aradan qaldırılması üçün zəruri olan bütün tədbirləri həyata keçirməyə başladı. İşsizlərə müavinətlərin verilməsi, sahibkarlara dəstəyin göstərilməsini buna misal olaraq deyə bilərik. Bütün bunlar xüsusi qayğının nəticəsidir. Eyni zamanda aztəminatlı ailələrə yardım kampaniyası həyata keçirilməyə başladı. Bu prosesə ayrı-ayrı vətəndaşlar, iş adamları, təşkilatlar və s. qoşuldu. Heydər Əliyev Fondu bununla bağlı geniş bir kampaniya həyata keçirir. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti orqanları bu prosesə qoşulublar. Yəni yardımlaşma bizim xalqımızın xüsusiyyətlərindəndir".