Ərdoğan: “TANAP regional sülh layihəsidir” - FOTO


“TANAP regional sülh layihəsidir, Türkiyə, Azərbaycan və Gürcüstanın qarşılıqlı etibara söykənən əlaqələrinin konkret bir nümunəsidir”.

“Haber Global” məlumat verir ki, bu fikir Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanda fəaliyyət göstərən “Diplomat” jurnalının “The New York Times” nəşri ilə birgə çıxan yeni sayında yayımlanan məqaləsində yer alıb.

Ərdoğanın məqaləsindən bir hissəni təqdim edirik:


“Enerjinin birləşdirici rolunun ən gözəl nişanələrindən biri olan Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) bir regional sülh layihəsidir. TANAP, Türkiyə, Azərbaycan və Gürcüstanın qarşılıqlı etibara söykənən əlaqələrinin konkret bir nümunəsi, ölkələrimiz arasındakı ənənəvi dostluğun bir simvoludur. Xəzər bölgəsi təbii qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmasını qarşısına məqsəd qoyan Cənub Qaz dəhlizinin əsas onurğasını TANAP təşkil edir. Beləliklə, təxminən 3.500 km uzunluğundakı bu dəhlizin ən əhəmiyyətli hissəsi hesab olunur”.