"Ünvanlı sosial yardımı mütləq kasıblar almalıdır" – Zahid Oruc


“Azərbaycan dövlətinin sosial siyasəti fədakarlıq nümunəsidir. Pandemiya dövrü bunun ən yüksək nümayişi oldu. Xatırlatmaq istərdim ki, ünvanlı sosial yardım siyasəti 12 il əvvəl başlayarkən uşaq pulu adlanan müavinətlərin daha rasional və ünvanlı olmasını təmin etmək məramı idi”.
"Sherg.az" xəbər verir ki, bu sözləri parlamentin iclasında Komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, məhz ehtiyac meyarından aşağı durumda yaşayan sosial qruplara bu yardımın edilməsi başlıca məram idi. Lakin açıq desək, ötən illər hər hansı fəaliyyətin  təftiş etmədən deyək ki, yardımlar bir sıra halda ünvansız olub. Kasıb ailələr əvəzinə imkanlı şəxslər həmin yardımdan bəhrəlmişlər ki, bu da haqlı narazılıqlar yaradır. Halbuki, dövlətin iradəsi və ön yüksək yardım proqramlarını tətbiq etməsi sahəsində prezident İlham Əliyevin ən qabaqcıl liderlərdən biridir:

“Bu sahədə qəyyumluq, ələ baxımlığın aradan qaldırılmasından qabaq bir çox suallara cavab vermək lazımdır. Məsələn, mənim təmsil etdiyim Bərdə rayonunda yardım alan ailələrin sayı Masallı ilə müayisədə az qala 4 dəfə geri qalır. Rəqəmlərə diqqətlə baxdıqda hər şey aydın olur. Qarabağın ən ağır humanitar yükünü üzərində daşıyan Bərdədə həmin ailələrin sayı 1200, Masallıda isə 6000 ailə təşkil edir. Söhbət ondan getmir ki, digər bölgələrdə süni azaldılma getsin.

Məsələ ondadır ki, işsizlik statusunun alınması üçün reallıqda baş verən sıra neqativ hallar burada başlıca rol oynayıb. Bəs onda sosial ədalət? Ölkə rəhbərinin son çıxışlarının əsas və prinsipial xəttini məhz bu ideyanın Azərbaycanda gerçəkləşdirilməsi təşkil edir. Beləliklə, parlament dilinə çevirsək, orta aylıq əməkhaqqı yüksək olan rayonlarda yardım alanların sayı həmin göstərici aşağı olan rayonlardan az adam onu alır”.

Komitə sədri daha sonra qeyd edib ki, alterantiv siyasətlə yardım alanları normal iş rejiminə qaytarmaq lazımdır:

“Söhbət ondan gedir ki, özünüməşğulluq prorqamı və ya ictimai işlər həmin yardım alanları daimi və normal məşğulluq fəalliyyətinə cəlb edilməsinin effektivliyini dəyərləndirmməyə çalışmalıyıq. Diqqət edin, 7800 ailə əvəzinə 12000, yaxud 50 min ailə üzərinə 90 minə çatan dövlət sosial siyasət proqramlarını məhz ölkə rəhbəri irəli sürüb.

İndi isə Nazirliyin təqdim etdiyi hesabatdan görünür ki, ictimai işlərə cəmi 61 min insan müraciət edib. Bu necə ola bilər, həqiqətənmi insanlar işləmək istəmir? İcra hakimiyyəti başçılarının həbsləri göstərdi ki, həmin ictimai işlərə canatım nə üçün aşağıdır. Söhbət ondan gedir ki, digər rayonlarda da vəziyyət eynidir. Halbuki, yardım siyasətinin alternativi insanlara iş yerini özünün açması şəraitini təmin etməkdir. İş yerini vətəndaş özü rahat bir şəkildə açanda dövlətin yükü azalacaq!”