Həqiqətən də, ölkəmiz böhrana həm siyasi, həm iqtisadi, həm də sosial cəhətdən böyük dayanıqlılıq nümayiş etdirdi. Bizdə ciddi problem yaranmadı, lakin bir çox ölkələrdə iqtisadi və sosial böhran vəziyyəti meydana gəldi”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Altay” Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.
Ekspert qeyd edib ki, son dövrlərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət proqramları effektiv olub və öz nəticəsini göstərib:
“Lakin qeyd etməliyik ki, biz də daxil olmaqla heç bir ölkə uzunmüddətli böhrana dayanıqlı deyil. Ona görə də, sosial və iqtisadi islahatlar davam etməli, qeyri-neft sektorunun inkişafına maksimum güclə çalışmaq lazımdır. Bunun üçün vergi və gömrük rüsumları aşağı salınmalı, kiçik və orta sahibkarlığa dəstək verilməli, bürokratik maneələr və monopoliya halları tam aradan qaldırılmalıdır.
Ölkəmizin potensialından maksimum istifadə etməklə tələbat mallarının çox böyük hissəsinin ölkədə istehsalını yarada bilərik. Xüsusən, kənd təsərüfatına və aqrar sənayeyə daha güclü diqqət yaradılmalıdır.
Ehtiyatlarımız çoxdur, əlbəttə onları qorumaq da lazımdır. Amma xarici fondlarda 1 faiz gəlirliliklə saxlanılan 50 milyardlıq stretaji rezervlərdən 5 milyardını gətirib ölkə iqtisadiyyatına sərmayə yatırsaq, dəfələrlə daha çox gəlir və məhsul istehsalı əldə edə bilərik”.
E.Bayramlı bildirib ki, cənab Prezidentin dediyi kimi, pandemiya dövründə qeyri-neft sektorunda 16 faizlik artım çox böyük nəticədir, lakin bunu dəfələrlə artırmaq üçün hər cür imkanlar var:
“Bunu edə bilsək, iqtisadiyyatımızın və dövlət büdcəmizin enerji sektorunda asılılığını tezliklə aradan qaldıra bilərik. Fikrimcə, hökumət bu məsələlərlə bağlı çox geniş vahid inkişaf konsepsiyası işləməli və xüsusi dövlət proqramı elan etməlidir. Bu halda qısa müddətdə çox böyük nəticə əldə etmək olar”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans formasında görüşü keçirilib. Asiya İnkişaf Bankının prezidenti ölkəmiz haqqında olduqca müsbət fikirlərini bildirib. Prezident qeyd edib ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub. Ölkə başçısının sözlərinə görə, qeyri-enerji sektorunun sürətli artımı davam edəcək.