400 mindən çox şəxsə pensiyalar ödənildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə iyun ayının pensiyalarının ödənişini həyata keçirib.

Nazirlikdən verilən məlumata görə, pensiya vəsaitləri ümumilikdə 407 298 pensiyaçının bank hesablarına köçürülüb.

Respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə pensiyasının da müəyyən olunmuş qrafik üzrə onların bank hesablarına köçürülməsi təmin olunacaq.