“Hər adam heç olmasa 12 il təqaüd almalıdır. Üstəlik, Azərbaycanda təqaüdə çıxan adam vəfat etdikdən sonra onun kartının ailə üzvlərinə verilməsi məsələsi də çox mürəkkəbdir.
“Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli təqaüdə çıxma yaşı ilə bağlı danışarkən deyib”.
Onun sözlərinə görə, ümumiyyətlə, demək olar, ölkədə bu proses faktiki olaraq mümkün deyil:
“Deməli, təqaüddə qalma müddəti artmalıdır”
İqtisadçı - deputat Vahid Əhmədov “Sherg.az”a açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir:
“Əgər təqüdçü dünyasını dəyişirsə, müvafiq qaydada onun pensiya kartı həyat yoldaşına və ya övladına verilir. Əgər ailənin bütün üzvləri bu yaxud, digər səbəbdən vəfat edibsə, təbii ki, kart heç kimə verilmir. Amma Qanunda göstərilib ki, təqaüdçünün kartı ailə üvzlərinin adına keçirilə bilər. Bu, çox sadə prosesdir. Ailə fərdinin sosial müdafiə fonduna bir ərizə yazmasdı kifayətdir”.