“Dövlət dəstəyi əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərir”


"Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır. Mart ayında ölkə başçısı pandemiyanın təsirlərini minimumlaşdırılması üçün tədbirlərin hazırlanmasına hökumətə tapşırıq vermişdi. Hökumət müəyyən strukturların rəhbərləri ilə işçi qruplar yaratdı və dövlət dəstəyi göstəriləcək tədbirlərin üç istiqaməti müəyyənləşdirdi. Bu istiqamətlər makroiqtisadi və maliyyə sabitliyin qorunmasına dövlət dəstəyi, məşğulluğa və sosial rifaha dövlət dəstəyi və makroiqtisadi və maliyyə sabitliyin qorunmasına dövlət dəstəyindən ibarət oldu". 

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. Ümumilikdə dövlət dəstəyi proqramlarına 3,5 milyard manat vəsait nəzərdə tutulduğunu xatırladan millət vəkili bildirib ki, bu tədbirlər 5 milyona yaxın insanı əhatə etdi. Məlum tədbirlərin əhalinin sosial rifahının pisləşməsinin qarşısını alınmasına dövlət dəstəyi istiqaməti bir başa əhalinin aztəminatlı təbəqəsinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərir: 

" Həyata keçirilməyə başlanmış tədbirlər əhalinin həm işləyən, həm də işləməyən kateqoriyalarını əhatə etdi. Yəni dövlət və özəl sektorda işləyənlərin iş yerlərinin saxlanılması, pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin tədbirləri nəticəsində iş yerlərin bağlanmamasına, əmək haqların dövlət tərəfindən ödənilməsi ilə təmin olunaraq dəstək göstərilir. Biz bilirik pandemiyanın birbaşa təsir göstərdiyi 20 sahənin 11-də fəaliyyət tamamilə dayanmış, 9-da isə qismən davam etdirilməkdədir.

Bu da həmin sahələrin iqtisadi tənəzüllünə yol açdı. Dövlət bu sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və çalışanların əmək haqların ödənilməsinə dövlət dəstəyinin göstərilməsi ilə post-pandemiya dövründə yenidən iqtisadi fəallığının bərpa olunmasında müəyyən çətinliklərlə qarşılaşmasının qabağını almış olur.

Beləliklə, dövlət 910 min dövlət və 600 min özəl sektorda işləyən insanın əmək haqqının ödənilməsini dəstəkləyib. Həm də 2 milyondan çox insanın sosial təminatının davamlı olmasına dövlət dəstəyi verilmiş, işləməyən insanlar ünün 90min ödənişli ictimai iş yerlərinin yaradılmasına dövlət başçısı tapşırıq verib.

Qeyri-formal və ya işləməyən 600 min şəxs üçün aprel-may aylarında, 290 min şəxs üçün isə iyun ayında 190 man birdəfəlik müavinət ödənilmiş, sosial yardımı proqramının şərtləri sadələşdirilməklə əhatə dairəsi genişləndirilərək 85 min nəfərə çatdırılıb".

 Millət vəkilinin sözlərinə görə, dünya Bankının, BMT-nin İnkişaf Fondunun iştirakı ilə 12 min nəfəri maarifləndirib, biznes planları tərtib edilməsinə dövlət dəstəyi verilməklə aktivlərlə təmin olunması nəzərdə tutulub. Dövlət dəstəyi tədbirləri çərçivəsində 20 min şəxsə işsizlikdən sığorta ödənilmiş, vaxtı bitmiş pensiyaçılara, işsilikdən sığortaya cəlb olunmuş və ünvanlı sosial yardım alan şəxslərin ödənişləri karantin dövründə davam etdirilib:

 "Aztəminatlı ailələrə 100 mindən çox ərzaq payı göndərilmiş, ahıl şəxlərə 15 mindən çox sosial xidmət göstərilib. Bu proqramlar çərçivəsində həm də aztəminatlı ehtiyacı olan ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsini də dövlət hesabına həyata keçirilməkdədir.

Azərbaycan pandemiya dövründə həyata keçirilən dövlət dəstəyi proqramlarının əhatə dairəsi və xərclənən maliyyənin miqdarına görə dünyada öndə olan ölkələrin sırasındadır.

Pandemiya həyatımıza nüfuz edəndə cənab Prezident qeyd etmişdi ki, biz iki amil qarşısında seçim etməliyik. Ölkədə iqtisadi fəallığın qorunması və ya insanların sağlamlıqlarının qorunması.

Təbii ki, biz vətəndaşlarımıza üstünlük verdik və insanların sağlamlıqlarının qorunmasını önə çəkərək yuxarıda qeyd etdiyim tədbirləri həyata keçirərək hər bir vətəndaşın məşğulluğunun qorunması və sosial rifahının yaxşılaşmasına addımlar atıldı. Bütün bunlar bir daha onu göstərdi ki, cənab prezidentin siyasətinin təməlində insan faktoru dayanır.

Təbii ki, dövlətimizin gördüyü bütün bu tədbirlər xalqımız tərəfində çox yüksək dəyərləndirilir və Prezdentə ünvalanan 10 minlərlə məktublarda xalq Prezdentə təşəkkürünü bildirməklə məmnunluğunu ifadə edir".