Metroda gediş haqqı artırılır? – Nə təkzib olunur, nə də təsdiq 

"Bakı Metropoliteni" QSC -nin gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciəti barədə məlumatım yoxdur”.

Bu sözləri, "Sherg.az"a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. O deyib ki, sualı birbaşa rəhbərliyə ünvanlaya bilərsiz:

“Hazırda məzuniyyətdə olduğum üçün hər şeylə maraqlana bilmirəm.

Zəhmət olmasa, sualı rəsmən ünvanlayın, müvafiq cavabı bilmək üçün Bakı Metropolitenin rəsmi saytına ( http://metro.gov.az/  ) müraciət edin”.