Proqnoz: “Dolların ucuzlaşması gözlənilir”

Son günlər mağazalarda qiymət artımının olması əhali tərəfindən birmənalı qarşılanmayıb.  Bəziləri düşünür ki, qiymət artmı dolların bahalaşmasından xəbər verir.  Bundan başqa, iddia olunur ki, Co Bayden ABŞ-ın 46-cı prezidenti seçildikdən sonra ölkə iqtisadiyyatına 1,4 trilyon dollar yardım planı dünyada iqtisadi canlanma yaradıb. Bu da dolların bahalaşmasına təsir göstərə bilər.

Görəsən, yaxın dövr üçün dolların məzənnəsində artım gözlənilirmi?

Qeyd edək ki, hazırda  Bakı şəhərinin nəğd valyuta bazarında ABŞ dollarının satış məzənnəsi 1.7 AZN/USD-dır.



Yaranan ajiotaja aydınlıq gətirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az”a bildirib ki, növbəti aylar ərzində dolların bahalaşma ehtimalı yoxdur:
 
“Dolların bahalaşması ehtimalı çox aşağıdır. Ona görə ki, neftin qiyməti yüksəlir . Dünyada dolların ucuzlaşması gözlənilir. Lakin Azərbaycana təsiri olmayacaq.  Dövlət müəyyən xərclərini Tarif Şurasının qaldırdığı qiymətlər hesabına təmin edir. Suyun, benzinin və dizelin qiymətini nəzərə tuturam. Hazırda dövlətin də buna ehtiyacı yoxdur. Yaxın 6 ayda Azərbaycanda dolların bahalaşmasını gözləmirəm”.