Azərbaycan Rusiyadan bal idxalını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyadan balın idxalının 432% artıraraq 23 tona çatdırıb. Bununla da, Azərbaycan Rusiyadan bal idxalı üzrə onluğun 9-cu yerində qərarlaşıb.

“APA-Economics”in “RosselxozBank”a itinadən verdiyi məlumata görə, ümumiyyətlə, hesabat dövründə Rusiya balın ixracının iki dəfə artıraraq 1 443 tona çatdırıb. İxrac istiqamətlərin sayı isə 17-dən 31-dək yüksəlib.

Məlumata görə, Rusiya balının idxalı üzrə onluğa liderlik isə Qazaxıstan edir. Hesabat dövründə ölkə Rusiyadan 364 ton bal idxal edib, bu da illik müqayisədə 123% çoxdur. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Çin (323 ton – 6% artım) və Belarus (248 ton – 106% artım) qərarlaşıb.

“RosselxozBank”ın Sənaye Ekspertizası Mərkəzinin rəhbəri Andrey Dalnovun sözlərinə görə, keçmiş Sovet respublikalarında birinci il deyil ki, arıların tələf olunması müşahidə olunur, bu da nəinki istehsal olunan balın həcminə, həm də çeşidinə zərbə vurur. Dad üstünlüklərinin tarixi oxşarlığı və coğrafi yaxınlığı səbəbindən daha ucuz loqistika Rusiya istehsalı olan balı idxal baxımından daha cəlbedici edir.