"1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə "Əsrin müqaviləsi" adlandırılıb. Müqavilənin ərsəyə gəlməsi ulu öndər Heydər Əliyevin uzaqgörənliyin, qətiyyətliliyin, dünyanın aparıcı şirkətlərini inandıra bilməyinin və milli maraqların hər şeydən üstün tutmasının məhsuludur" .
Bu sözləri "Sherg.az" a açıqlamasında Millət vəkili Azər Badamov deyib. Deputatın fikrincə "Əsrin müqaviləsi" Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin və Vətən müharibəsində qazandığımız qələbənin əsasında dayanır:
"Ulu öndər Heydər Əliyev deyirdi ki: ,,İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”. Məhz güclü iqtisadiyyatın qurulması Azərbaycanın gələcəyini müəyyənləşdirirdi. 1991-1993 –cü illərdə hakimiyyətdə olanalar dövlətin bütün valyuta ehtiyatlarını və ləl cavahirət fondunu talan etmiş, müəsisələr bağlanmış, işsizlik problem kütləvilik halı almış , 1 milyon qaçqın və köçkünün problemlərinin həll olunması çətinləşmiş, torpqalrımızın işğalı və vətəndaş müharibəsi ikinci dəfə qazandığımız dövlət müstəqilliyini təhlükə altına salmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə iqtisadiyyat 3 dəfəyə qədər aşağı düşmüşdü. İnfilyasiya böyük sürət almış, milli valyutamız olan manat dəyərini kəskin iitirirdi. Ölkənin belə ağır durumunda rəhbərliyə gəlmək və dövləti xilas etmək heç də asan məsələ deyildi. Bu vəzifəni xalqın xilaskarı misiyasını həyatın amalına çevirmiş ancaq Heydər Əliyev bacaracaqdı. Ona görə də xalq öz Ümümimilli Liderini dövlətin idarəetmə sükanını əlinə almağına dəvət etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı dövür çox çətin idi. Amma görüləcək hər bir işin nəticəsini qabaqcadan görmək bacarığı və heç kimin görmədiyi məslələri reallığa çevirməsi dahilərin işidir. Zaman bir daha sübut etdi ki, Heydər Əliyev böyük dahidir və öz dogma Azərbaycanını böyük təlatümlərdən xilas etdi. Ümumimilli Lider deyirdi ki, ölkənin kiçik və ya böyüklüyündən asıllı olmayaraq yalnız öz çərçivəsində heç vaxt inkişaf edə bilməz. Ona görə də dünya iqtisadiyyatına inteqrasiya olunmağımız və xarici investisyaların ölkəmizə gətirməsi gələcəyimizin yeganə çıxış yolu idi. Çünki, yerin altındakı milli sərvətlər üzə çıxandan sonra dəyər qazanır. Ona görə də dünyanın 11 aparıcı şirkətini ölkəmizə investisyaların qoyulmasına cəlb etmək və müqaviləni xalqımızın milli maraqlarına xidmət edəcək şəkildə imzalamaq heç də asan məsələ deyildi".
A. Badamovun sözlərinə görə, Ulu öndərin hakimiyyətə qayıdışına qədər də əvvəlki hakimiyyət neft müqaviləsini imzalamaq istəyirdi. Amma müqavilə o vaxt təklif olunmuş şərtlərlə bağlansaydı milli sərvətimiz və yeganə ümüd yerimiz olan neftimizi xarici şirkətlər sorub aparacaqdılar və ölkəmizə heç nə qalmayacaqdı:
"Ulu öndərin müəyyənləşdirdiyi şərtlərlə təqdim olunan və uzun müzakirələrdən sonra ərsəyə gələn Əsrin müqaviləsi ölkəmizin iqtisadi müstəqilliyimizin qarantına çevrildi. Əsrin müqaviləsi imzalanaraq neft sənayesinə investisyalar gəlməyinə başlayandan sonra ixrac kəmərlərimiz olan Bakı-Novorossiyski, Bakı-Supsa, Bakı-Tiblisi-Ceyhan neft kəmərlərini və Bakı Ərzurum qaz kəməri inşa edildi. Azərbaycan öz neftini və qazını müstəqil şəkildə dünya bazarlarına çıxarmağına başladı. Azərbaycanın dövlət büdcəsinə xarici valyuta daxil olmağına başlandı ki, bu da qeyri-neft sektorumuzun yenidən dirçəldilməsinə yol açdı. Beləliklə, 1994-2003-cü illərdə ölkəmizdə Ümumi Daxili Məhsul 95%, kənd təsərrüfatı 26%, sənaye 54%, valyuta ehtiyatlarımız 85 dəfə, pensiyanın həcmi 1 manatdan 20 manata, orta aylıq əmək haqqı 5,1 dəfə, dövlət büdcəsinin gəlirləri 500 min manatdan 1,5 milyard manata artdı və ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 20 milyard dolları keçdi. Beləliklə Əsrin müqaviləsinin imzalanması ölkəmizin iqtisadiyyatını böhran və tənəzülldən xilas edərək makroiqtisadi sabitlik və dinamik inkişaf dövrünə keçməsinə şərait yaratdı".
Millət vəkili hesab edir ki, Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm iqtisadi təməllər üzərində günü-gündən güclənərək Prezident İlham Əliyevin rəhbərliyi altında öz ərazilərini düşmən tapdağından azad etməklə siyasi və iqtisadi müstəqilliyini qazanaraq dünyada böyük nüfuz sahibinə çevrilmiş çox az ölkələrdən birisinə çevrilib. Ulu öndərin siyasi –iqtisadi kursu Azərbaycan durduqca əbədi davam etdiriləcək və xalqımızı daha yaxşı gələcəyə aparacaqdır.