“Ay qardaş, dəyişiklik olar 5-10 qəpik. Birdən - birə 40 qəpik artması bildiyin qalxmaqdır, qalxmaq”-, deyə vurğulayıb.
"Sherg.az" xəbər verir ki, bu sözləri aparıcı, aktyor İlkin Həsəni feysbuk səhifəsində paylaşıb.
O benzin qiymətlərinin qalxmasına etiraz reaksiyasını sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.
Qeyd edək ki, xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti artırılıb. Belə ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik olub. Cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə “Aİ-95” premium markalı benzinin satışı 2 manatdan, “Aİ-98” markalı benzinin satışı isə 2,30 manatdan həyata keçirilməyə başlanıb. Buna qədər “Aİ-95” premium markalı benzinin litri 1,60 manatdan satılırdı.