Bakıda dirək platformasının ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır. Bu dirək Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlanıb. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.Xatırladaq ki, bundan öncə dünyanın ən hündür bayraq dirəyini ucaltmaq milyonlarla manata başa gəlmişdi. Amma qısa müddət sonra məlum oldu ki, keyfiyyətsiz iş görülüb, bayraq və dirək söküldü.
Bayraq dirəyinin barpasının vacib olduğunu deyə Ağ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a bildirib ki, biz dövlət atributlarını və simvollarını qorumalıyıq:
"Dövlət atributları və simvollarında təbliğat və təqdimat çox önəmlidir. Digər ölkələrdə də, bayraq dirəyi, gerb, bayraq kimi atributlara kifayət qədər vəsait xərclənir. Məsələn Amerikadakı "Azad Qadın" heykəli, Fransadakı "Eyfel" qülləsinə də yüksək məbləğdə pul ayrılır. Meydanın və dirəyin hazırlanmamasından öncə düşünülməli idi ki, biz azad olunmuş ərazilərin tikintisinə və bərpasına xeyli maliyə ayırmalıyıq.
Bildiyimiz kimi, Bayraq Meydanının tikintisi zamanı da milyonlarla yeyinti oldu. Lakin artıq bu düzəldilib və hazırdır. Bu Meydanın bayraqsız qalmağı artıq dövlətin ayıbı idi.
Çünki biz Ginnesin rekordlar kitabına düşmüşük. Düşünürəm ki, böhran vəziyyətində olsaq da, bu meydanın bərpası lazımlı addımdır. Biz dövlət simvollarını qorumalıyıq. Ümid edirəm ki, bu da digərləri kimi keyfiyyətsiz olmayacaq.
Hər halda Dünyanın ən hündür bayraq dirəyinə sahib olan ölkə səfirliklərinin üzərində dalğalanan bayrağını da qorumalıdır. "Formula1" kimi yarışlara 50-60 milyon xərcləməkdənsə, bayraq dirəyinə xərcləməkləri daha yaxşıdır".