Prezidentin səfəri! - ”Bu diqqət və qayğı bütün regionları əhatə edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” hotelinin açılışında iştirak ediblər. Onlar İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Dövlətimizin başçısına və Birinci vitse-prezidentə qoruq ərazisində görülən işlər barədə məlumat verilib.

Səfəri "Sherg.az" dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki,   Azərbaycan prezidentinin diqqət və qayğısı bütün regionları əhatə edir:

 "Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara növbəti səfəri baş tutdu. Səfər çərçivəsində Qobustan və İsmayıllı rayonunda həyata keçirilən yenidənqurma  və  tikinti-bərpa işləri ilə tanış oldu. Birincisi, ölkə başçısının bu səfərləri onu göstərir ki, Azərbaycan prezidentinin diqqət və qayğısı bütün regionlarda həyata keçirilir. Bunun nəticəsi olaraq da regionlarımız inkişaf edir. Azərbaycanın pandemiya və 44 günlük müharibədən çıxmasına baxmayaraq, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı dövlət proqramının uğurunun  sübutudur. Həm işğaldan azad edilmiş ərazilərin, həm də digər ərazilərin inkişafı üçün böyük yenidənqurma işləri aparılır".

Parlamentari qeyd edib ki, görülən bütün işlər dövlət başçısının şəxsi nəzarətindədir: 

"Səfərlər çərçivəsində görülən işlərlə yerində tanış olunması, yeni  tapşırıqlar verilməsi onu göstərir ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə  güclü iqtisadiyyata malikdir  və regionlarımızın inkişafı dövlətimizin prioritetidir. Ümumillikdə bütün bunların həyata keçirilməsi, böyük yenidənqurma işlərində, açılışlarda iştirak və bütün bunlara şəxsən nəzarət  edilməsi vacib məsələdir. Ölkə başçısının liderlik keyfiyyətləri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun  artmasına şərait yaradır. Eləcə də insanların rahatlığını təmin etmək üçün cənab prezident ardıcıl işlər həyata keçirir".