"Ölkəmizdə kampus sistemi, tələbə yataqxanaları şəbəkəsi yoxdur".
"Sherg.az" xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli hazırda kirayə mənzil bazarındakı vəziyyətlə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, Azərbaycanda kirayə mənzil bazarı həmişə problemli mövzu olaraq, qalmaqdadır:
"Kampus sisteminin, tələbə yataqxanaları şəbəkəsinin olmaması çox ciddi bir məsələdir. Hər il universitetlərin açılmasına az qalmış qiymətlərin yüksəlməsinə şahid oluruq. Çıxış yolu tələbə şəhərciklərinin olması, kampusların, yataqxanalar şəbəkəsinin genişləndirilməsidir. Təəssüf ki, uzun illərdir, bununla bağlı söhbətlər aparılsa da, praktiki addımlar atılmır".