“Bu da hazırkı vəziyyətdə reallığa çox yaxındır”
Dolların Türkiyə lirəsinə qarşı möhkəmlənməsinin davam etməsi nəticəsində növbəti rekord qeydə alınıb. Belə ki, bir ABŞ dolları 0,14 faiz bahalaşaraq 18,54 lirəyə ticarət edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə dünən qatıldığı canlı yayımda Mərkəzi Bankın faiz endiriminə davam edəcəyi mesajını verib.
Türk lirəsinin dollar qarşısında ucuzlaşmasına təsir edən ammilərin çox olduğunu deyən iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, bunlardan ən qlobalı dünyada dolların bahalaşmasıdır.
“Birincisi hazırda dollar indeksi son 20-i ilin ən maksimum səviyyələrinə qədər yüksəlib. İkincisi Türkiyə Mərkəzi bankı digər mərkəzi banklardan fərqli olaraq faizi aşağı çəkir və pul kütləsinə çıxışı daha da asanlaşdırır. Bundan başqa rəsmi Ankara neft və qaz ehtiyyaclarının 98 faizini xaricdən təmir edir. Onların qiymətinin qalxması isə avtomatik olaraq ticarət balansına mənfi təsir göstərir. Ona görə də dünyada dolların indeksi yüksəlməyə davam etdikcə, türk lirəsinin məzənnəsi aşağı düşəcək. Son proseslərdə isə Avropa Birliyi Rusiyaya neft qadağası tədbiq etməyi düşünür.
Qadağa enerji bazarında növbəti dalğalanma yarada bilər. Bu da Türkiyə iqtisadiyyatına və türk lirəsinə təsirsiz ötüşməyəcək. Hətda müxtəlif təşkilatlar ilin sonuna dək 1 dollar-20 lirə həddinin görünəcəyini proqnozlaşdırırlar. Bu da hazırkı vəziyyətdə reallığa çox yaxındır”.