"Azərbaycanın antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında qanunu mövcuddur. İnflyasiya faktı qiymət artımı deməkdir. Hazırda da qiymət artımı dayanmır".
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Parlamentari bildirib ki, 2023-cü ilin dövlət büdcəsi müzakirə olunarkən, yəqin, inflyasiya məsələsinə baxılacaq:
"İnflyasiya davam edəcək. Dünyada gedən proseslər, Rusiya-Ukrayna müharibəsi, ərzaq qıtlığı 2023-cü ilin rahat keçməyəcəyini göstərir. İlin sonunadək qiymət artımı gözləniləndir. Ukrayna-Rusiya müharibəsi və digər məsələlər həll olunarsa, 2023-cü ildə inflyasiyanın müəyyən qədər stabilləşməsinə şərait yarana bilər. Ehtimal, 10-11 faiz səviyyəsində saxlamaq mümkündür".