AZAL-da əsaslı yoxlamalar aparılmalıdır! – “Ölkəmiz milyardlar itirir"

“Eyni məsafəyə Gürcüstandan 50 avroya üça bilən insan, həmin məsafəyə Bakıdan 500 avroya uçur”


"Ümumiyyətlə AZAL dünyada ən bahaçıl aviaşirkət kimi tanınıb. O pandemiya dövrü və bundan sonrakı zamanda astronomik qiymətlərlə ad çıxarıb".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Elçin Bayramlı AZAL- da günü-gündən yüksələn qiymətlərə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, belə bir iqtisadi əsaslandırılmamış qiymət siyasəti ola bilməz:

"Çünki dünyada aviasiya üzrə sərnişindaşıma sahəsində qiymət stadartları var. Bizdə isə qiymət standartlardan dəfələrlə artıqdır. İnsanlar bunu artıq mətbuatda və parlamentdə işiqlandırmaqdan yorulub. Amma AZAL heç bir reaksiya vermir. Həttda əksinə fürsətdən istifadə edərək sərnişinləri soymaq siyasəti yeridir. Yəni ən yaxın məsafələrə astronomik qiymətlər tədbiq edərək, monopolist şirkət kimi milyardlar qazanmaq istəyir. Ümumiyyətlə isə bu şirkət faktiki olaraq dövlətə zərər vurur. Ona görə də məsələnin həlli üçün iki istiqamətdə tədbirlər həyata keçirmək lazımdır. Birincisi,  aviasiya bazarında rəqabəti artırmaq üçün çox sayda şirkətlərə şərait yardılmalıdır.  İkinci tərəfdən isə quru sərhədlər açılmalıdır. Sərhədlərin bağlı olması AZAL-a manipulyasiya etməyə imkan yaradır".

E.Bayramlının sözlərinə görə alternativ olmadığından, sərnişinlər səyahət etmək üçün normadan 5-10 dəfə artıq pul ödəməyə məcbur qalırlar:
"Bu isə ölkədə həm sosial narazılıqlar, həm də iqtisadi problemlər yaradır. Digər tərəfdən bizim vətəndaşlar uzaq məsafəli ölkələrə səyahət üçün yaxın dövlətlərə gedərək oradan uçmağa üstünlük verirlər. Bu isə dünyanın heç bir yerində müşahidə olunmayıb və tamamilə biabırçılıqdır. Yəni eyni məsafəyə Gürcüstandan 50 avroya üça bilən insan, həmin məsafəyə Bakıdan 500 avroya uçur. Bu baxımdan da sözügedən şirkətdə əsaslı yoxlamalar aparılmalı və rəhbərliyi cəzalandırılmalıdır. Çünki onların qiymət siyasətinə görə ölkəmiz milyardlarla pul itirir".