"3-4 il əvvəl kartofun qiyməti çox aşağı düşdü. Təsərrüfatla məşğul olanların becərdiyi kartof əlində qaldı. Sata bilmədilər, xarab oldu. Az-çox sahəsi olan kiçik fermerlər və fərdi təsərrüfat sahibləri taxıl səpməyə başladılar".
Bunu "Sherg.az"a açıqlamasında Gədəbəy sakini, rayonun ziyalısı Novruz Əliyev “Niyə Gədəbəy kartofu qəhətə çıxıb?” sualını cavablandırarkən deyib.
O bildirib ki, ötən ilki quraqlığa görə də, məhsul aşağı idi:
"Alıcı kəndləri axtarır, kimdə məhsul varsa, alır. Lakin əvvəlki kimi deyil. İstər-istəməz məhsul az olduğu üçün qiymət də yüksəkdir".
Qeyd edək ki, bazarlarda Azərbaycanın yerli məhsulu - Gədəbəy kartofuna rast gəlmək olmur.