İqtisadçı Pərviz Heydərov sosial şəbəkədə ironik paylaşım edib.
"Sherg.az" xəbər verir ki, iqtisadçı özünü aktrisa Pərvin Abıyeva ilə müqayisə edib.
O, feysbuk hesabında yazır:
"Aktrisa Pərvin 650 min manatlıq avtomobil sürür. İqtisadçı Pərviz 30 manat qonorara analitik məqalə yazır. O da bir minnətə. Tərəzinin gözü əzəldən, yəni səmadan düzgün qurulmayıb".
P.Heydərov əlavə edir:
"Aktrisa Pərvinlə iqtisadçı Pərvizin fərqi həm də ondadır ki, fotosunu yerləşdirərək sürdüyü maşın haqda status yazdım 100-ə yaxın "like" və 20-dən çox rəy yığdım. Srağagün "Neftimiz tükənir: Hasilatın azalması bizi darda qoya bilərmi?" adlı məqaləmi paylaşdım. Amma oxuyan olmadı. Görəsən, "İctimai çəki" deyilən anlam hansı meyarlarla ölçülür?!".