Büdcə layihəsinin müzakirəsi zamanı qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Milli Məclisə bundan belə Mərkəzi Bankın sədri məlumat verəcək.
President.az xəbər verir ki, bununla bağlı məqam Prezident İlham Əliyevin təsdiqlədiyi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikdə yer alır.