Avropada təbii qazın birja qiymətləri ticarətin açılışında 6 % artıb.
“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti ticarət gününü 446,5 ABŞ dolları ilə (-1,4 %) başlasa da, sonradan 479,6 ABŞ dollarına (+5,9 %) satılıb.
Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1 000 kubmetr üçün - 452,9 ABŞ dolları) əsasən hesablanır.