Gəlirimiz çoxaldıqca, xərcimiz artır  - İqtisadiyyatda dinamika var!

Dövlət Statistika Mərkəzinin məlumatına görə, Azərbaycan əhalisinin gəlirləri 15 faiz artıb. 

Mövzuyla bağlı “Sherg.az”a danışan iqtisadçı  Fuad İbrahimov bildirib ki, bu statistik məlumatdır və müəyyən düsturla hesablanır:
"İqtisadiyyatda hər zaman dinamika var. Məsələn, Respublikamızda tank, raket istehsal olunur. Amma ölkə əhalisinin sıravi vətəndaşları bu müasir texnika vasitələrindən istifadə etmir". 

Ekspert həmçinin qeyd edib ki,  müəyyən düsturla hesablanan bu gəlir faizinin artması əslində o qədər də müsbət hal deyil: 

"Bu gün bizim gəlirimiz 15 faiz artıbsa, xərcimiz də 30 faiz artacaq. Biz statistikanın sadəcə üzdə olan tərəfini görürük. Bu məsələnin gözə görünməyən tərəfləri çoxdur”.
       
Səbinə Elmanqızı