2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın valyuta bazarında 15,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % və ya 2 milyard ABŞ dollar azdır. 2022-ci ilin yanvar-iyun aylarında valyuta bazarında 17,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
2023-cü ilin birinci yarısında əməliyyatların 13,4 milyard ABŞ dolları nağdsız, 1,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,2 % və 30,8 % azdır.