Budapeşt və Aşqabad türkmən qazının Macarıstana tədarükü ilə bağlı razılığa gəliblər.
Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
"İndi şirkətlər səviyyəsində kommersiya danışıqları aparmaq lazımdır. Türkmənistan birmənalı olaraq Macarıstanı türkmən qazının Avropaya tədarükü üçün potensial istiqamətlərdən birinə və tranzit ölkəyə çevirmək niyyətini ifadə edib. Razılaşma əldə olunub", - Siyarto vurğulayıb.